Xəbərlər
“Heydər Əliyev – tarix yazan lider”
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev – tarix yazan lider” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra Ümummili Lider Heydər Əliyevin zəngin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səmayə Şıxəliyeva və digərlərinin çıxışlarında qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin iqtisadi yüksəlişinə, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrin inkişafına nail olub. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb və hər bir vətəndaş dahi şəxsiyyətin nəsillərə nümunə olan həyatını və zəngin dövlətçilik fəaliyyətini dərindən öyrənməli, təbliğ etməlidir. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yalnız regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.