Xəbərlər
Prezident İlham Əliyev: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb.
Bu barədə Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında bildirib.
Bunun əsas səbəbinin təbii ki, enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.