YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan ilə ABŞ arasında münasibətlər daim inkişaf edir. Hər iki ölkə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Bu fikirlər ABŞ-ın Kanzas ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə Milli Məclisdə keçirilən görüşdə səsləndirilib.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən söz açıb. Qeyd edib ki, Cənubi Qafqazda aparıcı rola sahib olan ölkəmiz dünyada tolerantlığı ilə tanınır.

İşçi qrupunun üzvləri, deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və ikitərəfli münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan ABŞ ilə əlaqələrin inkişafına böyük önəm verir. Parlamentlərarası əlaqələrin genişləndirilməsi əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda keçirdikləri görüşləri yüksək qiymətləndiriblər. Qonaqlar belə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyini diqqətə çatdırıblar.

 

DİGƏR Xəbərlər Arxiv