YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var

«Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var. Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur». Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, seçkilərin keçirilməsi üçün seçki qanunvericiliyinin olması mühüm şərtdir. Onun sözlərinə görə, Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq standartlara uyğundur.

«Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb, internet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”»- deyə, MSK sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv