YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Avqustun 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Müşavirədə MSK sədri Məzahir Pənahov çıxış edərək Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirib. Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmasının vacibliyini vurğulayan sədr deyib ki, Azərbaycanda bu sahədə heç bir problem yoxdur.

Məzahir Pənahov seçkilərin keçirilməsi üçün ilkin şərtin mükəmməl seçki qanunvericiliyinin olduğunu bildirərək deyib: "Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda, seçkilərin şəffaflığını təmin etmək üçün 1000-dək seçki məntəqəsində kameralar quraşdırılıb, internet vasitəsilə dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləmək mümkündür. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarla təmin edilib".

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin "Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti", Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzularında çıxışları dinlənilib.

Tədbir müxtəlif mövzularda çıxışlarla davam edir.

Müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın seçki komissiyalarına aid hissəsinin icrası ilə bağlı keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv