YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanda iqtisadi və sosial inkişaf təmin olunub

«Bu ilin ötən dövrü sosial-iqtisadi inkişaf baxımından Azərbaycan üçün uğurlu oldu. Dünyada baş verən həm iqtisadi, həm də siyasi böhran fonunda ölkəmiz sabitlik şəraitində inkişafını davam etdirir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, ötən dövrdə Azərbaycanda iqtisadi və sosial inkişaf təmin olunub. Onun sözlərinə görə, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi də  cənab Prezidentin apardığı siyasətin doğruluğunu bir daha təsdiq edir.

«Qazanılan uğurlar Azərbaycan xalqı ilə Prezident İlham Əliyevin birliyinin nümunəsidir və bu amil bizə növbəti illərdə daha böyük uğurlar əldə etməyə ciddi əsaslar verir. Bu yüksəlişin gələcəkdə də davam edəcəyinə inanırıq»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv