Xəbərlər
İnformasiya texnologiyaları və kompyuter elmləri üzrə III Avropa konfransı keçiriləcək
Sentyabrın 10-da Vyana şəhərində (Avstriya) İnformasiya texnologiyaları və kompyuter elmləri üzrə III Avropa konfransı keçiriləcək.
“Şərq-qərb” perspektivli tədqiqatlar və ali təhsil assosiasiyası tərəfindən təşkil olunan konfransda yaşadığı ölkədən, təhsil aldığı sahədən asılı olmayaraq tələbə, doktorant və elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştirak edəcəklər. Distant formatda keçiriləcək konfransa internet vasitəsilə qoşulmaq mümkündür.
Konfrans materialları toplusuna sentyabrın 9-dək qəbul ediləcək məqalələrin ingilis, alman, rus, Ukrayna, qazax və özbək dillərində təqdim olunması nəzərdə tutulur.
Konfransın əsas istiqamətlərini texnoloji proses və məhsulların avtomatlaşdırılması, idarə olunması, kompyuter şəbəkələri, informasiya emalının kvant metodları, kompyuter şəbəkələrinin riyazi və proqram təminatı, informasiya mühafizə sistemləri, informasiya təhlükəsizliyi, sistemli analiz, informasiya emalı və idarə olunması, informatikanın nəzəri əsasları, sosial və iqtisadi sistemlərdə idarəetmə və s. təşkil edir.