YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Xalqın həyat sə­viy­­yə­sinin yüksəldilməsi dövlətin öz qarşısına qoy­duğu ən önəmli məq­sədlərdən bi­ridir

«Ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Azərbay­canda  sosial siyasətin inki­şa­fı yüksələn xətt üzrə getməsi artıq təkzibolunmaz reallıqdır». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkədə iqtisadi inkişaf nə­ti­­cəsində sosial ayırmaların həcminin artırılması, əha­li­nin ümumi rifah halının yüksəldilməsi dövlət sosial si­ya­­sətinin prioritetli sahəsi kimi diqqət mərkə­zin­dədir. Onun sözlərinə görə, bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat sə­viy­­yə­sinin daha da yüksəldilməsi  dövlətin öz qarşısına qoy­duğu ən önəmli məq­sədlərdən bi­rinə çevrilib.

«Ümumiyyətlə,  inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sa­hə­lərinə böyük təsirini gös­tə­rməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yeti­ri­ləcək tədbirlər res­pub­likada əhalinin sosial vəziy­yə­ti­nin getdikcə yax­şı­laşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və  əlillərinin sosial müdafiəsidir. Bu istiqamətdə də zəruri addımların atılması göz önündədir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin siyasətində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış sə-viyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir»- deyə, M.Quliyev vurğulayıb.