YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü onun adını daşıyan məktəb -liseydə təntənə ilə qeyd olunub.

Əvvəlcə akademik Zərifə Əliyevanın məktəb-liseyin həyətində ucaldılmış büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibəti ilə hazırlanmış "Şən startlar" izlənilib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə akademik Zərifə Əliyevanın adını daşıyan məktəb-liseyin  direktoru Teymur Mustafayev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov, rayon İcra hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Bərdə Diaqnostika Mərkəzinin direktoru Yamən Cəfərov, respublikanın Əməkdar müəllimi Püstə Mehdiyeva və digərləri çıxış edərək görkəmli alim Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlarından danışıb, oftalmologiya elmi sahəsində qiymətli araşdırmalar apardığını diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv