Xəbərlər
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2604 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2151-2141 metr intervaldan sutkalıq 34 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.