YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır

«Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf edir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, bu amil qeyri-neft sektorunun inkişafında başlıca şərtlərdən biridir.

«Məhz bunun nəticəsidir ki, hər il qeyri-neft sektorunda göstəricilər artır. Bu, həm ÜDM istehsalında, həm də büdcə gəlirlərində özünü göstərir. Bu ilin birinci yarısında qeyri-neft sektorunda artım 9,2 faiz səviyyəsində olub. Bu çox yüksək göstəricidir. Ümumiyyətlə, həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində qeyri-neft seçktorundan gələn gəlirlərin həcminin büdcədə çəkisi daha da artacaq»- deyə, deputat qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv