Xəbərlər
Qazaxıstandan Azərbaycana yeni teplovoz gətirilib
Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu teplovoz tamamilə yenidir və Qazaxıstan-ABŞ birgə istehsalıdır. Teplovozlar ABŞ-ın "General Motors" (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb.
İki ölkə arasında imzalanan müqaviləyə əsasən, Azərbaycana ümumilikdə 10 yük teplovozunun gətirilməsi nəzərdə tutulur. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir.