Xəbərlər
Yeddi ayda "Bakı" İEM-də 298,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Yanvar-iyul aylarında “Bakı” İstilik Elektrik Mərkəzində (İEM) 298,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Müəssisədə elektrik enerjisinin istehsalı iyulda isə 43 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər texniki-iqtisadi göstəricilər də yüksək olub.
“Bakı” İEM-də hər birinin gücü 53,5 meqavat olan iki qaz-turbin qurğusu fəaliyyət göstərir.