Xəbərlər
Bakı turistlərin avqustda istirahət etmək üçün üz tutduqları ən populyar şəhərlər sırasındadır
Bakı turistlərin avqustda istirahət etmək üçün üz tutduqları yaxın xaricin ən populyar şəhərləri onluğuna daxil olub. Bakı ilə yanaşı, siyahıda Minsk, Tbilisi, Almatı, Kiyev, Astana, Bişkek, Kişineu və Daşkəndin də adı yer alıb.
Rusiyanın "Oktogo.ru" onlayn otel sifarişi xidməti bu ilin avqustunda turfirmaların köməyi olmadan istirahətə gedən turistlərin otel sifarişi məlumatlarına əsaslanır.
Məlumata görə, səyahət üçün ən büdcəli şəhər Bişkek, ən bahalı şəhər isə Bakıdır. Avqustda ən qənaətli istiqamət Gürcüstan, ən bahalı istiqamət isə Qazaxıstan və Azərbaycandır.