YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik

Mansur Quliyev 

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş, müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Məlum olduğu kimi Prezident İlham Əliyev 22 aprel 2024-cü il tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətt üzrə uğurla inkişaf etdiyini və qarşılıqlı əməkdaşlıq əlaqələrinin ildə ilə gücləndiyini nəzərə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, “Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.

“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq. Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.”

 Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərinin davamlı inkişafının təməl prinsipində Ulu Öndər Heydər Əliyevin uzaqgörən uğurlu siyasi kursu dayanır və bu siyasi kurs Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.