YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə regional inkişaf proqramları uğurla icra olunur

«Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış nailiyyətlər reallıqları əks etdirir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008,  2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb.

«2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alaraq, gələcəkdə daha böyük inkişafımız naminə yeni-yeni nəhəng  layihələr həyata keçirmək əzmindədir »- komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv