YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada MDB-nin iştirakçısı olan ölkələrin Baş Prokurorların Əlaqələndirmə Şurasının iclası keçiriləcək

Avqustun 27-də Astanada MDB-nin iştirakçısı olan ölkələrin Baş Prokurorların Əlaqələndirmə Şurasının (BPƏŞ) 25-ci iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki mənzil-qərargahından məlumat veriblər.

İclasda MDB ölkələrinin baş prokurorlarının korrupsiyaya qarşı mübarizə, nəqliyyatda qanuniliyə və hüquq qaydalarına əlaqələndirilmiş prokuror nəzarəti tədbirlərinin təmin olunması, ekstremist və terror təzahürlərinə qarşı mübarizə sahəsində iş təcrübəsini müzakirə etmək planlaşdırılır.

2014-cü ildə MDB-nin iştirakçısı olan ölkələrdə cinayətkarlığın, istintaq işinin, prokurorluq fəaliyyətinin, cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq müqavilələrin icrası praktikasının vəziyyəti barədə məlumatlar təhlil ediləcək.

Şura üzvləri ötən il MDB ölkələrinin cinayətkarlığa, terrorizmə və zorakılıqla müşayiət olunan digər ekstremizm hallarına, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomaniyaya, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində orta müddətli əməkdaşlıq proqramlarının icrasını dəyərləndirəcəklər.

Tərəflər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində prokurorluq orqanlarının fəaliyyəti, 2014-cü ildə Birlik ölkələrinin cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq müqavilələrinin icrası praktikasını da qiymətləndirəcək və bu işin təkmilləşdirilməsi istiqamətində tədbirlər nəzərdə tutacaqlar.

İclas iştirakçılarına Əlaqələndirmə Şurasının 2014-2018-ci illər üçün Fəaliyyət planının 2014-cü ildə icrasının yekunları, BPƏŞ Katibliyinin 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat, MDB ölkələrinin qanunsuz miqrasiyaya qarşı mübarizədə 2015-2019-cu illər üçün Əməkdaşlıq Şurasının Proqramın İcrasına dair iş planı təqdim olunacaq.

Gözlənildiyinə görə, iclasda Birlik ölkələrinin Baş Prokurorları Əlaqələndirmə Şurasının bayrağı, emblemi və “MDB BPƏŞ-in 20 illiyi” medalı haqqında əsasnamələr, habelə BPƏŞ-in MDB ölkələrinin Vergi Təhqiqatları Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurası və Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurası ilə qarşılıqlı fəaliyyətini tənzimləyən sənədlər təsdiq ediləcək.

BPƏŞ sədrinin seçilməsi barədə məsələ müzakirə ediləcək və növbəti profil iclasının yeri və vaxtı müəyyən olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv