YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli ömür yolu

“Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. O, çox qayğıkeş ana olub və xalqımıza cənab İlham Əliyev kimi layiqli oğul yetişdirib”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, akademik Zərifə Əliyeva şərəfli ömür yolu keçib. Qəlblərə, gözlərə nur gətirən Zərifə xanım elm sahəsində çox böyük nailiyyətlər qazanıb. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, fədakarlığı bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir: “Biz bu gün bir daha Zərifə xanımı böyük ehtiramla yad edirik. Onun layiqli şəxsiyyət olaraq yetişdirdiyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları gündən-günə möhkəmlənməkdədir. Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan daha da qüdrətli, qalib bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər sonrası, xalqımız hər fürsətdə “Sizi dünyaya gətirən, böyüdən Anaya halal olsun” fikirlərini səsləndirirlər. Əminəm ki, bu gün Azərbaycan xalqının öz liderinə göstərdiyi bu sevgini görən Zərifə xanımın ruhu şaddır”.