Xəbərlər
Mövlud Çavuşoğlu: Cənubi Qafqazda bərpa ediləcək sülh həm də Qərb ölkələri üçün faydalıdır
Biz 44 günlük müharibədə olduğu kimi, sülh dövründə də Can Azərbaycanın yanındayıq. Bölgəmizdə daimi sülhü bərqərar etmək üçün sülh müqaviləsinin imzalanması lazımdır.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Cənubi Qafqazda bərpa ediləcək sülh həm də Qərb ölkələri üçün faydalıdır. Bütün dünya üçün önəmli dəhliz rolunu oynayan Cənubi Qafqazda sülh prosesinə Qərb ölkələri də təkan verməlidir.
Düzdür, başda Fransa olmaqla, bir neçə Qərb ölkəsi bu prosesi ləngitmək, əngəlləmək istəyirlər. Ancaq Fransanın özünə də bu barədə xəbərdarlıqlarımızı etmişik. Buradan bütövlükdə sülh prosesini ləngidən Ermənistanın havadarlarına səslənirik: Can Azərbaycan yalnız deyil və heç vaxt yalnız da qalmayacaq”, - deyə Çavuşoğlu bəyan edib.