YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəşər tarixində ən qanlı faciə

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  tariximizin obyektiv mənzərəsinin yaradılması üçün  imkanlar əldə olundu. Ulu Öndərin  fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada  Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq  faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu günün çağırışı dünyanın  bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir. Bu fakt inkaredilməzdir ki, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Azərbaycanın  informasiya mübarizəsində qələbəsi artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın  formalaşdırılmasında əhəmiyyətli rol oynadı.   44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyümüzü təmin edən, tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri  məhz informasiya cəbhəsində qələbəmiz idi.

Azərbaycan daim real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə  erməni yalanlarını ifşa etdi və bu gün də bu siyasət uğurla davam etdirilir. Baxmayaraq ki, Azərbaycan tarixi Zəfərə imza atıb, işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tariximizin  öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çğırışlar edir. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, tariximizin şanlı səhifələri ilə yanaşı, faciəli səhifələri də vardır. Tarximizin hər bir səhifəsi bizim üçün əzizdir.

Bu tezislərin hər biri Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, yenilməzliyini, məğrurluğunu sübut edir. Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatırılmasına səy göstərir, diplomatik uğurlarının davamlılığını təmin edir. Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmiz daim ədalətin və beynəlxalq hüququn yanındadır. 

Azərbaycan Silahlı Qüvvələrin ötən ilin sentyabr ayında növbəti zəfərə imza atdılar. Həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu il Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi, Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması, soydaşlarımızın qayıdacaqları ünvanlar arasında Xankəndi və Xocalı şəhərlərinin də nəzərdə tutulması ədalətin təntənəsidir. Ermənilərin və onların havadarlarının yalan təbliğatına cavab tarixi ədalətə, real faktlara söykənən siyasətimizdir.  

Bu gün artıq Qərbi Azərbaycana qayıdacağımızdan bəhs edirik. Tarixi faktlar, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyimiz hər bir hədəfə yüksək səviyyədə və zamanında nail olacağımıza əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.”

DİGƏR Xəbərlər Arxiv