YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əməkdaşlığın gündəliyinə qarşılıqlı səfərlər mühüm töhfə verir

“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin martın 16-da azərbaycana rəsmi səfəri 2 qonşu ölkə arasında münasibətlərin inkişafında mühüm amil hesab olunur. Dövlətimizlə Gürcüstan arasında mehriban qonşuluq və tarixi dostluq əlaqələri mövcuddur. Azərbaycanla Gürcüstan  siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri var. Hər 2 dövlət və xalq bir çox sahələr üzrə sıx əməkdaşlığa malikdir. Ölkələrimiz bu gün bütün sahələr üzrə çox uğurla əməkdaşlıq edir. Dövlətlər arasında mövcud olan siyasi, iqtisadi münasibətlər xalqların əsrlərdir davam edən mehriban qonşuluq əlaqələri üzərində qurulub”. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib

Abbas Əliyev qeyd edib ki, ikitərəfli əməkdaşlığın gündəliyinə qarşılıqlı səfərlər mühüm töhfə hesab olunur: “Ölkələrimizin həyata keçirdiyi nəqliyyat, enerji layihələri digər ölkələr üçün böyük önəm daşıyır. Dövlətimiz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan-Gürcüstan birlikdə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edir. İcra olunan bu layihələr regiondan keçən yük axınının həcmini artmasına imkan formalaşdırır”.

Abbas Əliyev bildirib ki, dövlətlərimiz Avrasiya üçün də önəmli faktor hesab olunur: “Bu xüsusda Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdir. Elə Azərbaycan qazı Gürcüstan üzərindən onun vasitəsi ilə bir neçə ölkəyə ixrac olunur. Azərbaycan hazırda  qazını alan dövlətlərin sayı səkkizə çatıb. Bu say sözsüz ki, getdikcə daha da artacaq. Azərbaycanın  malik olduğu enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Azərbaycan qazına Avropa qitəsində olan tələbat ildən-ilə artacağı gözlənilir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.

YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji strategiyası ölkəmizin dünyada rolunu və önəmini artmış olur: “Azərbaycan bu gün dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional faktora çevrilib. Müasir tələblər və çağırışlara uyğun olaraq Azərbaycan-Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığa malikdir. Gürcüstanın və Azərbaycanın bərpaolunan enerji istehsalı ilə bağlı potensialı böyükdür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğurlu layihələr məhz yaşıl enerji strategiyasında vacib rol oynayacaq”.