YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçirilən müzakirələr mühüm məsələləri daha yaxşı anlamağa imkan verir

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqmatik və uğurlu xarici siyasəti sayəsində Azərbaycan informasiya blokadasını aradan qaldıraraq dünya ictmayətini narahat edən qlobal problemlərin müzakirə olunduğu və bu problemlərin həlli yolları ilə bağlı təşəbbüslə çıxış edən məkana çevrilmişdir. Hər hansı bir dövlətin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi etməsi üçün həmin dövlətin istər iqtisadi, istər infrastruktur, istər madəni, istər ideloji və mənəvi sahələrdə dünya standartlarına cavab verə biləcək inkişaf səviyyəsi, xüsusi göstəriciləri olmalıdır. Birtərəfli inkişaf beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək üçün yetərli ola bilməz.

Dövlətin inkişaf səviyyəsi ilə yanaşı beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün həmin dövlətin, beynəlxalq aləmdə xüsusi nüfuzunun olması ən önəmli şərtlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli Lider olmasının göstəricilərindən biri də Azərbaycanın daxili inkişafını təmin etməklə parelel olaraq Azərbaycanın beynəlxalq əlaqələrinin durmadan genişlənməsinə nail olmasıdır.

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan və dünya miqyaslı siyasi xadimlərin İdarə Heyətində təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzin yaradılması Prezident İlham Əliyevin uzaqgörənliyinin və beynəlxalq aləmdə nüfuzunun göstəricilərindən biri hesab edilə bilər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında dünya miqyasında qəbul edilən nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 14 mart 2024-cü il tarixində Bakıda “Gülüstan” sarayında “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilmiş XI Bakı Qlobal Formundakı çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştrak etdiyi bütün tədbirlərdə Azərbaycana qarşı uzun illərdən bəri Ermənistnın xarici havadarlarının köməkliyi ilə aparılmış işğalçılıq siyasətinin mahiyyətini açıq şəkildə bəyan edir və mənfur siyasəti öz dəmir məntiqi və qətiyyətli mövqeyi ilə ifşa edir.  XI Bakı Qlobal Formundakı çıxışında da Prezident İlham Əliyev yuxarıda qeyd olunan məsələyə yer ayırdı və müharibənin qaçılmaz olduğunun tutarlı faktlarla təsdiq etdi. Cənab Prezident bildirdi ki, “Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.”

Prezident İlham Əliyev XI Bakı Qlobal Formunda İkinci Qarabağ müharibəsinin qaçılmaz olduğunu əsaslandırılmış faktlarla Form iştrakçılarının, eyni zamanda dünya ictimayətinin diqqətinə çatdırmış oldu. Bu faktların bir daha səsləndirilməsi təcavüzkar Ermənistanın arxasında duran qüvvələrin iç üzünü açıb göstərməklə onların hələ də beynəlxalq hüququn müdafiə olunmasından yana olmadıqlarını beynəlxalq aləmin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.