YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəfdaşlığımız yeni mərhələdə

Hicran Hüseynova

Milli Məclisin Komitə sədri, professor

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza  rəsmi səfəri   ilk olaraq Azərbaycandan  başlayıb.  Əlbəttə ki, ölkəmiz regionun iqtisadi və ordu cəhətdən ən gülçü  dövlətidir. Azərbaycan öz  imkanları hesabına 30 ilə yaxın müddətdə davam edən Erməni işğalına, erməni separatizminə son qoymuş, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkədir. Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən  nəqliyyat- kommunikasiya, enerji təhlükəsizliyi layihələri onun strateji əhəmiyyətini və beynəlxalq nüfuzunu daha da artırmışdır. Qeyd etmək lazımdır ki, hazırkı  geosiyasi proseslər fonunda  NATO-nun baş katibinin bu səfəri xüsusi ilə diqqət çəkir. Qeyd etmək lazımdır ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıqdır ki, davam edir.  Və bu əməkdaşlıq müsbət və uğurlu  təcrübəyə əsaslanır. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edərək böyük təcrübəyə nail olmuşdur. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Prezident İlham Əliyevin dediyi kimi: “Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Azərbaycan regionda ən güclü orduya sahibdir. Bunu müntəzəm dərc olunan reytinqlər və praktik təcrübə sübut edir. Azərbaycan ordusu 44 günlük müharibə zamanı və ötən ilin sentyabrında parlaq şəkildə həyata keçirilən bir günlük antiterror əməliyyatı zamanı qarşıya qoyduğu bütün məqsədlərə çatmaq iqtidarında olduğunu sübut etdi. NATO ölkələrində Azərbaycanın müharibə aparmaq və antiterror əməliyyatları keçirmək təcrübəsi öyrənilir. Bəli, bu, tam olaraq belədir və əksinə deyil. Axı məhz Azərbaycan 44 günlük müharibə zamanı pilotsuz təyyarələrdən, xüsusi təyinatlılardan istifadə edərək yeni nəsil müharibəsinin necə aparılacağını göstərdi. Üstəlik, Azərbaycan NATO-da Amerikadan sonra ordusu ən güclü olan Türkiyə ilə Şuşa bəyannaməsini imzalamışdır. 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı zamanı onun Azərbaycan ordusu tərəfindən məhv edilən və ya qənimət  kimi götürdüyü silah və hərbi texnika itkiləri altı milyard yarım dollar təşkil edib. Erməni faciəsinin miqyasını başa düşmək üçün xatırladım ki, Ermənistan Müdafiə Nazirliyinin 2024-cü il üçün büdcəsi 555 milyard dram (təxminən 1,5 milyard dollar) təşkil edir. Müqayisə üçün xatırlatmaq istərdim ki, Azərbaycanda Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon 47,42 min manat (indiki məzənnə ilə 3,777 milyard dollar) təşkil edir. Yeri gəlmişkən, Azərbaycanın bu xərcləri ÜDM-ə nisbətdə faizlə bütün aparıcı NATO ölkələrinin, o cümlədən ABŞ-ın xərclərindən xeyli yüksəkdir.

Ölkə başçısı xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlərə diqqəti çəkərənrək bir daha qeyd etdi ki, “ Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”. Bəli, Azərbaycan ərzi bütövlüyünü və suverenliyini tam təmin etdi. Lakin bununla yanaşı, çox mühüm layları da tərpətdi. Və bu bir reallıqdır. Regionda  yaranmış geosiyasi reallıqları enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçidlə bağlı ölkəmizin əhəmiyyəti artır və bunu NATO-ya üzv olan ölkələr də  anlayır. Belə ki, təşkilata  üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.

Bəli, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən  daha da gücləndirilən  Azərbaycanın inkişaf strategiyası əyani şəkildə uğurla həyata keçirilir. Aİ və NATO Azərbaycanın Cənubi Qafqaz regionunda liderliyini tanımağa məcburdur.