Xəbərlər
Azərbaycan Prezidenti: Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.