YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Martin Erdman: Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycana məxsusdur

“Europe online magazine” portalı Almaniyanın dpa informasiya agentliyinin bu ölkənin Türkiyədəki səfiri və NATO-dakı keçmiş daimi nümayəndəsi Martin Erdman ilə müsahibəsini yayıb. Səfir müsahibədə NATO-Rusiya münasibətlərindən, eləcə də regiondakı mövcud münaqişələrdən bəhs edib.

Diplomat Almaniyanın NATO-Rusiya Şurasının yenidən dirçəlməsinin tərəfdarı olduğunu, lakin bu məsələdə Alyans daxilində konsensus olmadığını bildirib. O, regiondakı münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Səfir beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, lakin hazırda bu regiona Ermənistan tərəfindən nəzarət edildiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv