YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 113 053 nəfərə yüksəlib

2015-ci il avqust ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu  tərəfindən iyul ayında əlavə olaraq 14 236 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,59 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 113 053 nəfərə yüksəlib. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 840 548 nəfər) kişi, 40,9 faizi (1 272 505 nəfər) isə qadındır. 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,89 faizini (774 756 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,49 faizini (669 039 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,65 faizini (642 931 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizini (657 921 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,83 faizini (368 406 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

DİGƏR Xəbərlər Arxiv