YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyat yenidən bərqərar olunacaq

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Xalqımız zaman-zaman çox faciələr yaşamışdır. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 32 il öncə 1992- ci il fevralın 25- dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Həmin gecə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamda 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilməsi mümkün olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Ümummilli liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 1700- da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Xocalı soyqrımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu.

Bu il fevralın 21-də Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanmışdır. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqrımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir.

Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır.

Heç nə udulmur, heç nə yaddan çıxmır. Artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilməlidir. İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır. Məşhur bir deyim var: Qisas qiyamətə qalmaz.

Bu gün artıq qürurla deyə bilərik: Qəhrəman Ordumuz və Ali Baş Komandanımız cənab İlham Əliyevin yenilməz iradəsi ilə Xocalı yenidən erməni işğalçılarından azad edilib. Bu torpaqda şəhid olan Xocalıların ruhu şaddır. Artıq Xocalıda həyat yenidən bərqərar olunacaqdır...

DİGƏR Xəbərlər Arxiv