Partiya xəbərləri
YAP Təftiş Komissiyasının iclası keçirilib
Fevralın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda 2023-cü ilin ikinci yarımilliyi ərzində partiyanın Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Goranboy, Xocavənd, Beyləqan, Tərtər, Cəbrayıl, Laçın, Lerik, Zərdab, İmişli, Saatlı və Sabirabad təşkilatları aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.