YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Ucarda da anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatı Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə “Xocalı soyqırımı beynəlxalq cinayət” mövzusunda tədbir keçirib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Şahlıq kənd ərazi partiya təşkilatının sədri Rahib Şərifov, Xocalı faciəsinin şahidi Əhməd Bayramov, Vətən müharibəsi şəhidi leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Qarabağ Əlilləri Cəmiyyətinin rayon təşkilatının sədri Rahib Rəsulov çıxış edərək  1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədən,  ermənilərin xalqımızın başına gətirdiyi misli görünməmiş müsibətlərdən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı: “2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi”.