Xəbərlər
Meksika parlamentinin nümayəndələri demokratik seçkilər münasibətilə xalqımızı təbrik ediblər
Meksika Parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı fevralın 8-də mətbuat konfransı keçiriblər.
Meksika parlamentinin üzvü Alberto Villa Villegas 10 seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirib. Qeyd edib ki, seçki prosesi yüksək səviyyədə təşkil edilib.
Meksika parlamentinin nümayəndələri demokratik seçkilərin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik ediblər.