Xəbərlər
Şimali Kiprin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Şimali Kipr Prezidenti bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib: “Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.