YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli Liderlə zəfərlərdən-zəfərlərə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Beyləqanda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Hidayət Cəfərov və Etibar İmanov çıxış ediblər. Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində həmçinin Beyləqan şəhəri ərazisində şəhid ailələri də ziyarət olunub.