YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəyliyimizin təminatçısı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də YAP Şəmkir rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançılarla və rayonunun Düyərli kənd sakinləri ilə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Tahir Vəliyev, Sahibə Əmiraslanova və başqaları çıxış ediblər. Çıxışlar zamanı son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı, ən böyük nailiyyətin isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğu qeyd edilib.

Natiqlər bütün seçiciləri milli həmrəyliyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.