Xəbərlər
Ölkəmizi uğurdan-uğura aparan Lider
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Heydər Əliyev Mərkəzində, Saloğlu qəsəbəsində və Ağstafa şəhərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdən əvvəl rayonun Saloğlu qəsəbəsində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.
Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Canpolad Yusifov, İmran nəsibov, Ləman Cəlilova, Asif Qənbərov, Şəfəq Cəlilova, Hüseyn Hüseynov, Həcər Namazova, Azər Məmmədov və Alı Mehdiyev çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını, yəni bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli Liderdir. Dövlət başçısı uğurlu siyasəti nəticəsində Zəfər tarixi yazaraq yeni reallıqlar yaratdı.
Natiqlər bütün seçiciləri 7 fevralda seçki məntəqələrə gedərək Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də seçki günü fəal olacaqlarını, xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.