YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe bildirməlidir

«Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe bildirməlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri əhəmiyyətli ola bilər. Onun sözlərinə görə, bu səfər Aİ ilə Azərbaycan arasında olan münasibətlərə müsbət təsir göstərir.

«Aİ prezidenti burada Azərbaycanda həqiqətləri yaxından tanış oldu. Qonaq  Azərbaycanın inkişaf etmiş dövlət olduğuna şahid oldu. Ona həmçinin, Ermənistanın işğalçılıq siyasətinin nəticələri,  bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması haqqında geniş məlumat verildi. Aİ-nin bu münaqişə ilə bağlı obyektiv mövqedə olması problemin ədalətli həllinə müsbət təsir göstərə bilər»- deyə, E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv