Xəbərlər
Xalqımıza Zəfər bəxş edən Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Qobustanda şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər. Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.
Seçicilər isə zəfərlərin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.
Qeyd edək ki, görüşdən sonra təşviqat qrupunun üzvləri Nabur kəndində və Qobustan şəhərində seçicilərlə fərdi görüşlər keçiriblər.