Xəbərlər
Quba rayonunda seçicilərlə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Quba rayonunun Zərqava, Qorxmazoba və Əspərasti kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Saməddin Nəsirov və şəhid atası Nüsrəddin Rzayev çıxış ediblər. Natiqlər seçiciləri president seçkilərində fəal iştirak etməyə çağırıblar.
Çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.