Xəbərlər
“Dəmir yumruq!” - FLƏŞMOB

Xətai rayonunda seçicilərin iştirakı ilə fləşmob keçirilib
2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Xətai rayonunda 265 saylı orta məktəbin meydançasında fləşmob keçirilib.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təşkilatçılığı və rayon seçicilərinin iştirakı ilə keçirilən “Dəmir yumruq!” fləşmobunda 600 nəfərə yaxın seçici iştirak edib.
Fləşmobun əsas ideyasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi Zəfər qazanaraq 30 illik torpaq həsrətinə son qoyması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsi təşkil edib. Fləşmobda Qələbəmizin və birliyimizin simvolu olan "Dəmir yumruq" və “Zəfərə Davam!” sözü əks olunub.
Fləşmob seçicilərdə böyük maraq oyadıb və xoş təəssürat yaradıb.