Xəbərlər
Xalq qalib Liderinə səs verəcək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Gədəbəy şəhərində, eləcə də rayonun Slavyanka kəndində fərdi görüşlər keçirilib.
Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşviqat qrupunun üzüvləri cıxış ediblər.
Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.