YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda seçicilərlə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Yuxarı Nüvədi, Viyən, Şürük, Türkəkəran, Kosalar, Bala Şürük kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Emin Bağırov, Ramin Hüccətov və Əlimərdan Əliyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkədə gedən dinamik inkişaf, neft kapitalının insan kapitalına çevrilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması və ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə olunan böyük nailiyyətlərdən bəhs edilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Lənkəran rayonunda məhəllə görüşləri də keçirilib.

DİGƏR Xəbərlər Arxiv