Xəbərlər
Xoşbəxt gələcək naminə səsimiz qalib Liderindir!
Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı, Çöl Qubalı və Məhərrəmli kəndlərinin seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı, Çöl Qubalı və Məhərrəmli kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Vasif Məmmədov, Elmira Şıxəliyeva, Əlisahab Əliabbasov çıxış ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz misilsiz nailiyyətlər əldə edib və hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Natiqlər seçiciləri fevralın 7-də zəfərlərimizin memarı cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə Azərbaycanın xoşbəxt gələcəyi naminə qalib Lider İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.