Xəbərlər
Hacıqabul rayonunda seçicilərlə görüşlər davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Hacıqabul rayonunun Şorbaçı kəndində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Sahib Aslanov və İntiqam Abdulov çıxış ediblər. Görüşdə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb. Bu mənada 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Natiqlər əldə olunan nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də qarşıdan gələn seçkilərdə ölkəmizin inkişafı naminə Müzəffər Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq kənd ərazisində seçiçilərlə fərdi görüşlər də keçiriblər.