YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Əliyevdir!

Neftçala rayonunun Tataraməhlə, Abasallı və Mirzəqurbanlı kəndlərinin seçiciləri ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Neftçala rayonunun Tataraməhlə, Abasallı və Mirzəqurbanlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Bədirə Niftalıyeva, Gülqədəm Mirzəzadə və Şərabanı Əhmədova çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar. Natiqlər seçiciləri 7 fevralda qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda seçicilər çıxış edərək Prezident İlham Əliyevə alternativ olmadığını, onun xalqımızın təhlükəsiz və firəvan gələcəyinin yeganə təminatçısı olduğunu qeyd ediblər.