YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqq savaşımız Zəfərlə başa çatdı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Biləsuvar rayon Gənclər Evində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Murtəza Həsənoğlu, Fikrət Cahangirov, Rəfiqə Cəfərova, Akif Kazımov, Zakir Şahbazov, Ramil Ağayev, Səyalə Şahbazova, Rafət İsayev və Nailə Mehdiyeva çıxış ediblər. Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin zəruriliyindən, dövlət başçısı İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından bəhs olunub. Xüsusi olaraq vurğulanıb ki, hazırda Azərbaycan qalib Liderin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər səsvermə günü seçimlərinin Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tanıtdıran cənab İlham Əliyev olacağını bildiriblər.

Qeyd edək ki,  “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Biləsuvar şəhəri Heydər Əliyev küçəsi 49 və Səməd Vurğun küçəsi 37 ünvanlarında fərdi görüşlər də keçirilib.