Xəbərlər
Ağstafalıların seçimi cənab İlham Əliyevdir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da YAP Ağstafa rayon təşkilatının inzibati binasında, həmçinin Xətai və Dağ Kəsəmən kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədr müavini Canpolad Yusifov, təşviqat qrupunun üzvləri Sahib Salıfov, Həcər Namazova, Məmməd Məmmədov, Şəfəq Heydərli, Asif Qənbərov, Ləman Cəlilova, Xuraman Əzimova və Təranə Abdullayeva çıxış edərək YAP-ın namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat veriblər.
Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm siyasi hadisə olacaq. Budəfəki seçkilər Azərbaycanın ərazi bütövlüyü şəraitində keçirilməsi ilə xarakterikdir və səsvermə hüququ olanlar bu prosesdə böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.