Xəbərlər
Müdrik siyasətçi, qətiyyətli və qalib Lider İlham Əliyev!
Samux rayonunun Burunqovaq və Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Samux rayonunun Burunqovaq və Hacallı kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Milli Məclisinin deputatı, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, təşviqat qrupunun üzvləri Ələsgər Əliyev, Azər Əhmədov, Tahir Bağırov, Sevinc Xəlilova, Nuranə Həsənova, Məhəbbət Həsənova və Mirzəmməd Orucov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.