Xəbərlər
Etimad ünvanı cənab İlham Əliyev!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qobustanda seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca və Əlövsət Qurbanov çıxış ediblər. Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib Lider İlham Əliyevə səs verməyə dəvət ediblər.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.