YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi, xalqın namizədidir!

Xocavənd rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Xocavənd rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri Hikmət Nəsirov və Yasəmən Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ötən günlər ərzində Azərbaycan cəmiyyətinin seçkilərlə bağlı reaksiyası göstərir ki, YAP-ın cənab İlham Əliyevi prezident seçkilərində namizəd irəli sürməsi yalnız partiyamızın 720 mindən artıq üzvü deyil, bütün xalqımız tərəfindən böyük razılıqla qarşılanır, təqdir edilir. Bu baxımdan YAP-ın qərarı belə bir həqiqəti ortaya qoyur ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının arzuları ilə üst-üstə düşür. 
Böyük fəxarət hissi ilə deməliyik ki, qarşıdan gələn prezident seçkiləri müstəqillik tariximizdə Azərbaycan ərazilərinin tam azadlığı şəraitində keçiriləcək ilk seçki olacaq. İndi həm torpaqlarımız işğaldan azad edilib, həm də Qarabağda erməni separatizminə son qoyulub. Bu baxımdan prezident seçkiləri hər birimiz və bütövlükdə dövlətimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır. Haqlı olaraq bu seçkini Zəfər seçkisi də adlandırırıq.

Seçicilər də öz növbəsində fevralın 7-də xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri Vətən müharibəsi şəhidləri Qara Balakişiyevin və Sənan Quliyevin ailələrini ziyarət ediblər.