YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda azad və şəffaf seçkilər keçiriləcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Gədəbəy rayonunun Şəkərbəy, Əmiraslanlı və  Alnabat  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasinin sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Elxan İsmayılov, Tural Topçuyev, Vətən müharibəsinin iştirakçıları Alim Abbasov, Tural Abuzərov  və  başqaları çıxış ediblər.    Qeyd olunub ki, son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazıldı. İndi isə qarşıda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq və Azərbaycanın dayanıqlı inkişafını təmin etmək prioritet olaraq qalır. Bu mübarizənin önündə getməyi bacaran, Azərbaycanı Qələbədən Qələbəyə aparan qalib Lider İlham Əliyevdir. Bildirilib ki, 7 fevralda Azərbaycanda azad və şəffaf prezident seçkiləri keçiriləcək.

Seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Həmçinin, yanvarın 26-da təşviqat kampaniyası çərçivəsində rayonun Əmiraslanlı kəndində seçicilərlə fərdi görüşlər keçirilib.