Xəbərlər
Xalq öz Liderini dəstəkləyir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi və Yeni Günəşli “AB” yaşayış sahəsində seçicilərlə səyyar görüşlər keçirilib.
Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhid Mahir Məmmədovun qardaşı Habil Məmmədov və həyat yoldaşı Günel Məmmədova çıxış ediblər.
Çıxış edənlər tariximizə qızıl hərflərlə yazılacaq şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz Lider olduğunu deyib, seçiciləri qalib Liderə səs verməyə dəvət ediblər.